Azərbaycan XİN başçısı Mustafa Destici ilə TDT-də prioritetlər ətrafında fikir mübadiləsi aparıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin üzvü, Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Desticini qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.
Tərəflər parlamentlərarası əlaqələrin, həmçinin siyasi partiyalar səviyyəsində təmasların iki qardaş ölkə arasında münasibətlərin dərinləşməsinə xidmət etdiyini qeyd ediblər.
Görüşdə həmçinin regional təhlükəsizlik məsələləri, post-münaqişə dövründə bölgədə vəziyyət, bərpa-quruculuq işləri, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında sıx əməkdaşlıq əlaqələri, Türk Dövlətləri Təşkilatında prioritetlər ətrafında fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevlə gənc futbolçular arasında maraqlı dialoq
Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək futbolçular arasında ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasi...