Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini yad edir
12
dek
2025
13:05
Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 22 il keçir.
BAKU.WS xəbər verir ki, dekabrın 12-si səhər saatlarından başlayaraq Azərbaycan ictimaiyyətinin nümayəndələri axın-axın Fəxri xiyabana gəlir, ümummilli liderin məzarını ziyarət edir, məzarı önünə tər çiçək dəstələri qoyur, ruhuna dualar oxuyurlar.
Ziyarətdə ziyalılar, ictimai xadimlər, dövlət qulluqçuları, gənclər, Azərbaycanın müxtəlif rayon və şəhərlərindən gələn sadə vətəndaşlar iştirak edirlər.
Qalereya
Oxşar xəbərlər
Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Pakistanın diaspor və insan resurslarının inkişafı üzrə naziri Çauduriy Salik Hussainqa və Nigeriyanın D...