Azərbaycan və Türkiyənin ali audit qurumları yeni fəaliyyət planının icrası üzrə protokol imzalayıb
Azərbaycanın Hesablama Palatası və Türkiyənin Hesablama Məhkəməsi arasında 2025–2027-ci illəri əhatə edən fəaliyyət planının və paralel auditlərin həyata keçirilməsi üzrə protokollar imzalanıb.
Məlumatda deyilir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Hesablama Məhkəməsi ilə əməkdaşlıq əlaqələrini genişləndirmək və paralel audit mövzularını müzakirə etmək məqsədilə bu ölkənin Qaziantep şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Türkiyə Hesablama Məhkəməsinin sədri Metin Yener iki qurum arasında əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də paralel auditlərin mövzuları, tətbiq ediləcək metodologiyalar və digər məsələlərlə bağlı müzakirələr aparıblar.
Səfər çərçivəsində Hesablama Palatasının nümayəndə heyəti, həmçinin Qaziantep şəhərinin valisi və Qaziantep Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşlərdə iştirak edib.
Oxşar xəbərlər
Amerikalı ekspert İlham Əliyevi dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edib
Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu 15 liderindən biridir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ABŞ-nin milli təhlükəsizlik üzrə...