Azərbaycan və Qazaxıstanın birgə vençur fondu dövlət qeydiyyatına alınıb
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) ötən ilin sentyabr ayında Qazaxıstanın "White Hill Capital" vençur fondu ilə birgə yaratdığı "Tamar Vertures" MMC dövlət qeydiyyatına alınıb.
BAKU.WS bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 45, mənzil 75, nizamnamə kapitalı 1 milyon ABŞ dolları, qanuni təmsilçisi isə "White Hill Capital"ın idarəedici ortağı Aslan Sultanovdur.
Qazaxıstan fondu 2021-ci ildə edilib, əsasən Mərkəzi Avrasiya ölkələrindən olan startaplara yatırım edir. Onun Azərbaycan bazarına daxil olması ilə bağlı Təsis Müqaviləsi ötən ilin sentyabr ayında Bakıda "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə keçirilmiş "INMerge 2025" İnnovasiya Sammitində imzalanıb.
Oxşar xəbərlər
Şərif: İslamabad və Bakı ikitərəfli münasibətləri yeni səviyyəyə çıxaracaq
Azərbaycan və Pakistan dəyişməz dostluq və strateji tərəfdaşlığa sadiq olduqlarını, həmçinin iqtisadiyyat, investisiya və ticarət sahələrində əməkdaşlığı genişl...