Azərbaycan və Gürcüstan Baş nazirlərinin görüşü olub
Gürcüstanın Baş nazirİ İrakli Kobaxidze Azərbaycanın Baş naziri Əli Əsədovla görüşüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Aparatının mətbuat xidməti məlumat yayıb.
Ə.Əsədov gürcü həmkarını oktyabrın 26-da parlament seçkilərində hakim komandanın qələbəsi və baş nazir vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, seçkilərin nəticələrinin gürcü xalqının iradəsini bir daha nümayiş etdirdiyini vurğulayıb.
Tərəflər həmçinin Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətləri və iki ölkənin iqtisadi əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın iclasında müzakirə olunacaq məsələlər haqqında danışıblar.
Görüşdə Gürcüstanla Azərbaycan arasında müxtəlif sahələrdə mövcud olan yaxın əməkdaşlığın inkişaf edən müsbət dinamiki qeyd edilib, bölgədə sülh və sabitliyin əhəmiyyəti vurğulanıb.
Baş nazir Gürcüstanın üçtərəfli dialoqa və regional əməkdaşlığın inkişafına dəstək verməyə hazır olduğunu söyləyib.
Oxşar xəbərlər
Mətin Məmmədli: Azərbaycanın sülh təklifi Ermənistan və digər dövlətlər tərəfindən qəbul edilib
Azərbaycanın təklif etdiyi sülh gündəliyi həm Ermənistan, həm də digər dövlətlər tərəfindən yeni formalaşan geosiyasi reallıqlar fonunda qəbul edilib. BAKU.WS r...