Azərbaycan Ordusunda 1992-2004-cü illərdə törədilmiş cinayətlər yenidən araşdırılıb, bəzi şəxslər ifşa olunub
Azərbaycan Silahlı Qüvvələrində 1992-2004-cü illərdə törədilmiş qəsdən adam öldürməyə cəhd, qəsdən adam öldürmə və digər ağır cinayətlərin istintaqı yenilənməklə araşdırılıb.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycanın hərbi prokuror Xanlar Vəliyev "Respublika" qəzetində dərc olunmuş məqaləsində bildirib.
Onun sözlərinə görə, 2005-ci ildən başlamaqla əvvəlki illərdə də Silahlı Qüvvələrdə 1992-2004-cü illərdə törədilmiş qəsdən adam öldürməyə cəhd, qəsdən adam öldürmə və digər ağır, xüsusilə ağır cinayət hadisələri ilə bağlı həmin dövrdə başlanılan uzun müddət istintaq aparılmasına baxmayaraq, səriştəsizlik və bəzi hallar da isə yarıtmaz fəaliyyət ucbatından iş üzrə ibtidai araşdırmanın yekunlaşdırılması mümkün olmayıb: "Təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməməsi əsası ilə icraatı dayandırılmış cinayət işlərinin təcrübəli əməkdaşlar tərəfindən öyrənilməklə, bir neçəsi üzrə icraatın təzələnərək ibtidai istintaqın davam etdirilməsi, yekun qərarların qəbul olunması, bununla da ibtidai araşdırmanın qurtarması təmin edilib".
X.Vəliyev vurğulayıb ki, icraatı təzələnmiş işlər üzrə düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, istintaqçıların peşəkarlığı və əzmi, eləcə də məharətlə həyata keçirilmiş prosessual uyğun olaraq rəhbərlik sayəsində 25-dən artıq cinayət işinin ibtidai araşdırması yekunlaşdırılıb: "Cinayət törətmiş şəxslərin ifşa olunmasına, faktlara və şəxslərin əməllərinə hüquqi qiymət verilməsinə nail olunub".
Oxşar xəbərlər
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdülər: Əsas gözləntilər nələrdir?
Baku TV "COP-BAKU" layihəsi çərçivəsində COP29-un on ikinci günü haqqında reportaj hazırlayıb. Bildirilib ki, COP29 çərçivəsində açıqlama verən Almaniyanın xari...