Azərbaycan niyə "Hürjet" almır? - Pərdəarxası səbəblər və planlar
Bir müddət əvvəl ölkəmizə rəsmi səfər edən Çexiyanın Baş naziri Andrey Babişin Hərbi Hava Qüvvələrimiz üçün yeni nəsil təlim təyyarələri təklifi xeyli maraqla qarşılanmışdı.
Həmin vaxt inventarımızda olan və keçmiş Çexoslovakiya istehsallı köhnə L-39 "Albatros"ları əvəzləyə biləcək yeni təyyarələr barədə araşdırmalar mətbuatdan da yan keçmədi. Lakin bununla demək olar ki, eyni vaxtda baş verən başqa bir hadisə prosesi sanki yarıda saxladı.
Türkiyə və İspaniya arasında birincinin istehsal etdiyi "Hürjet" təlim təyyarələrinin İspaniya üçün tədarükü və hətta bu təyyarələrin birgə istehsalı ilə bağlı bir bəyanat imzalandı.
Təbii olaraq, ortaya belə bir sual çıxır. Əgər Azərbaycana yeni nəsil təlim təyyarələri lazımdırsa, niyə bunu qardaş Türkiyədən yox, uzaq Çexiyadan əldə edir? Ümumiyyətlə, Avropa ölkəsinin bu qədər əhəmiyyət verdiyi bir təyyarə niyə indiyədək tərəfimizdən sifariş edilməyib və ya alınması barədə danışıqlar aparılmayıb?
Baku TV-nin "Hərbi xronika" rubrikasının yeni buraxılışında bu və digər suallara aydınlıq gətirilib.
Oxşar xəbərlər
Dövlət Komitəsinin sədri: "WUF13-ün ilk günündə 21 mindən çox iştirakçı olub"
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ilk günündə, yəni mayın 17-də iştirakçıların sayı 21 108 nəfər təşkil edib. BAKU.WS report-a is...