Azərbaycan hökuməti Türkiyədəki silsilə zəlzələ ilə bağlı narahatlığını ifadə edib
23
apr
2025
20:52
Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub.
Bu barədə BAKU.WS-ə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı əsnasında İstanbul şəhərində baş vermiş silsilə zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, Azərbaycanın hər zaman olduğu kimi bu çətin məqamda da qardaş Türkiyənin yanında olduğu bildirilib.
Hazırda Türkiyənin aidiyyəti qurumları tərəfindən bölgədə qiymətləndirmə, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində aparılan tədbirlər müzakirə olunub.
Əli Əsədov
Azərbaycan
Türkiyə
İstanbul
Təbii fəlakət
Cevdet Yılmaz
Azərbaycan Respublikası Nazirlər Kabineti (NK)
Oxşar xəbərlər
Azərbaycan Ermənistanı sülhə hazırlayır - Bakının uzaqgörən qərarları maneələri dəf edir
Rəsmi Bakının uzaqgörən siyasi və iqtisadi, geostrateji gedişləri Ermənistan cəmiyyətinə Orta Dəhlizin iştirakçısına çevrilmək fürsətinin nə dərəcədə əhəmiyyətl...