Azərbaycan G20 sammitinə dəvət olunan ölkələr siyahısına daxil edilib

Azərbaycan G20 sammitinə dəvət olunan ölkələr siyahısına daxil edilib
Foto
Siyasət 24

Azərbaycan 2026-cı il dekabrın 14–15-də ABŞ-ın Mayami şəhərində təşkil olunacaq G20 Liderlər Sammitinə dəvət alan ölkələr arasında yer alıb.

BAKU.WS xəbər verir ki, bu barədə G20-yə ABŞ sədrliyinin rəsmi internet səhifəsində məlumat dərc edilib.

Rəsmi məlumata görə, sammitə dəvət olunan dövlətlər sırasında Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Finlandiya, İrlandiya, Niderland, Norveç, Qətər, Sinqapur, İspaniya və Birləşmiş Ərəb Əmirlikləri də yer alır.

G20 sammiti dünyanın ən böyük iqtisadiyyatlarını və tərəfdaş ölkələri bir araya gətirən nüfuzlu beynəlxalq platformalardan biridir. Tədbir çərçivəsində qlobal iqtisadi proseslər, beynəlxalq əməkdaşlığın inkişafı və aktual strateji məsələlər müzakirə olunur.

Qeyd edək ki, əvvəlki – 2025-ci il G20 Liderlər Sammiti Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilmişdi.

Azərbaycan G20 sammitinə dəvət olunan ölkələr siyahısına daxil edilib

Son xəbərlər