Azərbaycan BMT-də neonasizmə qarşı mübarizəyə dair qətnaməni dəstəkləyib
BMT Baş Assambleyası "Nasizmin, neonasizmin və irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bununla bağlı dözümsüzlüyün genişlənməsinə kömək edən digər təcrübələrin tərənnümünə qarşı mübarizə" adlı qətnamənin lehinə səs verib.
BAKU.WS xəbər verir ki, sənədi 119 ölkə dəstəkləyib, 53 ölkə əleyhinə, 10 ölkə bitərəf qalıb.
Sənədin əleyhinə səs verənlər arasında Almaniya, İtaliya, Kanada, ABŞ, Ukrayna və Yaponiya da var. Azərbaycan, Əlcəzair, Belarus, Boliviya, Braziliya, Çin, Kuba və Serbiya qətnamənin lehinə çıxış ediblər.
Qətnamənin müəllifi Rusiya, həmmüəllifləri isə Belarus və Türkmənistandır. Ənənəvi olaraq Rusiya tərəfindən təqdim olunan və 2005-ci ildən qəbul edilən sənəd 74 bənddən ibarətdir.
Burada nasizmin tərənnümü və təbliği ilə bağlı hadisələrin kəskin şəkildə pislənməsi, tarixi həqiqətin qorunub saxlanılması səylərinin alqışlanması, bəşəriyyətə qarşı cinayətlərin inkarının qarşısının alınması üçün tədbirlərin görülməsi ilə bağlı tövsiyələr, II dünya müharibəsinin tarixinə və nəticələrinə yenidən baxılması haqqında müddəalar yer alır.
Qətnamə layihəsində həmçinin etnik, milli, dini və ya əqidəyə görə irqçiliyi, ayrı-seçkiliyi, nifrət və zorakılığı təşviq edən tədris materiallarından və ritorikadan istifadəni qəti şəkildə pislənir.
Oxşar xəbərlər
Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb
Azərbaycan hesab edir ki, bərpa olunan enerjinin genişləndirilməsi və enerji səmərəliliyinin artırılması sahəsində mühüm irəliləyiş əldə edilsə də, ciddi çağırı...