Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Özbəkistan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən həmin ölkənin vətəndaşı Şadiyev Abdullonun cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə verilməsinə dair Özbəkistan Respublikasının Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Qeyd olunub ki. A.Şadiyev 2025-ci ilin dekabr ayında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Şəxs barəsində "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq ekstradisiya haqqında qərar qəbul edilib və o, 18.03.2026-cı il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Zakir Həsənov: Azərbaycanda xalq-dövlət-ordu birliyi ən yüksək səviyyəyə çatıb
Azərbaycanın dünyada nüfuzu daha da artıb, xalq-dövlət-ordu birliyi ən yüksək səviyyəyə çatıb. BAKU.WS xəbər verir ki, bu barədə müdafiə naziri Zakir Həsənov No...