AZAL-ın təyyarə qəzasında sərnişinlərə dəyən ziyanla bağlı ödəniləcək sığorta məbləği açıqlanıb
Rusiyanın "Alfa Sığorta" şirkəti AZAL-ın təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində sərnişinlərlə bağlı hər nəfər üzrə 2 milyon rubl, yəni təqribən 38 min manat ödəniş edəcək.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə şirkətin aviasiya və kosmik sığorta üzrə baş direktor müavini İlya Kabaçnik məlumat verib.
O bildirib ki, AZAL-ın Bakı-Qroznı reysi ilə bağlı sərnişindaşıma prosesi Azərbaycan və Rusiyanın iştirakçısı olduğu 1999-cu il Monreal Konvensiyası ilə tənzimlənir. "Alfa Sığorta" ilə AZAL arasında bağlanan müqavilə Rusiyaya həyata keçirilən reyslərdə riskləri əhatə etdiyi üçün, ödənişlər həm də Rusiyanın 67-FZ saylı məcburi daşıyıcı məsuliyyəti haqqında qanununa əsasən nəzərdə tutulur.
"Bu qanuna görə, həyat və sağlamlığa dəyən zərərə görə ödəniş məbləği 2 milyon rubl müəyyən edilib və lazımi sənədlər təqdim edildikdən sonra ödənişlər tez bir zamanda həyata keçirilə bilər" - İlya Kabaçnik əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan XİN zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yaponiyanın Kumamoto prefekturasında baş vermiş dağıdıcı zəlzələ ilə bağlı bu ölkəyə başsağlığı verib. BAKU.WS xəbər ver...