Ayxan Hacızadə: Məmdaninin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə mer Zohran Kvame Məmdaninin anti-Azərbaycan bəyanatını tənqid edərək, ictimai xadimləri dezinformasiya yaymaqdan çəkinməyə və barışığa töhfə verməyə çağırıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə o "X" sosial şəbəkəsində yazıb.
"Mer Zohran Kvame Məmdani, ictimai xadimlər məsuliyyətlə davranmalı, dezinformasiya yaymaqdan çəkinməli və siyasi motivli, eləcə də tarixi cəhətdən yalan bəyanatlar vasitəsilə ayrılığı dərinləşdirməyə deyil, barışığa töhfə verməlidirlər. Biz Sizin təxribat xarakterli bəyanatınızı rədd edirik", - Hacızadə yazıb.
Onun sözlərinə görə, bu cür açıqlamalar regionun tarixini və reallıqlarını anlaşılmadığını göstərir və faktları siyasi narrativlərin xeyrinə təhrif edir.
Hacızadə vurğulayıb ki, 2020-ci ildə Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış ərazisi hüdudlarında, beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq hərəkət edib.
Onun sözlərinə görə, 2023-cü ilin antiterror tədbirləri otuz illik qanunsuz işğaldan sonra konstitusiya quruluşunun bərpa olunması ilə nəticələnib:
"Qovulma" barədə iddialar erməni sakinlərə reinteqrasiya, tam bərabər hüquqlar və təhlükəsizlik zəmanətlərinin təklif edildiyi faktını gözardı edir".
"Seçilmiş vəzifəli şəxsin işğal dövründə yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmə və kütləvi qətlləri, eləcə də mədəni və dini irsin dağıdılmasını gözardı edərək birtərəfli narrativləri təşviq etməsi xüsusi narahatlıq doğurur. Bu cür məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir və dərhal silinməlidir", - o əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan QHT-lərindən Nyu-York merinə açıq məktub: "Milyonlarla insanın hisslərinə toxunmusunuz"
Azərbaycanın bir qrup QHT nümayəndəsi "X" platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü v...