Avstriya Prezidenti Azərbaycan İcmasının Pasxa təbrikinə cavab verib
Avstriyada fəaliyyət göstərən Azərbaycan icması Pasxa bayramı münasibəti ilə Avstriya Respublikasının Prezidenti Alexander van der Bellenə rəsmi təbrik məktubu ünvanlayıb.
Avstriya Azərbaycanlıları Cəmiyyətindən BAKU.WS-ə verilən məlumata görə, məktubda Pasxa bayramının sülh, ümid və yenilənmə kimi bəşəri dəyərləri təcəssüm etdirdiyi vurğulanıb, Avstriya xalqına sağlamlıq, rifah və qarşılıqlı hörmətə əsaslanan bayram arzulanıb. Avstriyada yaşayan azərbaycanlılar adından dövlət başçısına həmrəyliyin və dostluğun ifadə olunduğu mesaj çatdırılıb, mədəniyyətlərarası dialoq və dinc birgəyaşayışın əhəmiyyəti xüsusi qeyd edilib.
Avstriya Prezidenti Alexander van der Bellen təbrikə böyük hörmətlə cavab verib. Prezidentin Administrasiyası tərəfindən göndərilən rəsmi məktubda Azərbaycan icmasının xoş sözlərinə və bayram təbriklərinə görə təşəkkür ifadə olunub. Federal Prezident Azərbaycan icmasının üzvlərinin Pasxa bayramını gözəl qeyd etdiklərinə ümid etdiyini bildirib və icmaya ən səmimi arzularını çatdırıb.
Oxşar xəbərlər
Daxmada yaşayan ata və beş azyaşlı övladına müavinət təyin edildi
Bir neçə gün əvvəl Gəncə şəhəri Azərbaycan bayrağı küçəsində yaşayan Urfan Qasımov Baku TV-yə müraciət edib. Vətəndaş müraciətində bildirib ki, anası tərəfindən...