Aqil Abbas: "İran bu addımla böyük səhv edib"

Aqil Abbas: İran bu addımla böyük səhv edib
Açıqlama
Siyasət 144

"Azərbaycan yeganə ölkədir ki, İrana qarşı heç bir aqresiya nümayiş etdirməyib. Qarabağ müharibəsində İran bizə kifayət qədər aqresiya göstərsə də, Azərbaycan buna cavab verməyib".

Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas bildirib.

Deputat əlavə edib ki, İran bu addımla böyük səhv edib:

"Artıq dostları qalmayıb və hamı ilə düşmən olublar. İran üçün bunun ağır nəticələri olacaq. Buna qədər Türkiyəyə də oxşar hücum olmuşdu, sonradan təkzib etmişdilər. Naxçıvana düşən PUA-ların bir nəticəsi olacaq.

Nəzərə almaq lazımdır ki, Azərbaycan dəfələrlə İranı əmin edib ki, öz ərazisindən üçüncü ölkələrə hücuma icazə verməyəcək. Lakin bu gün İran tərəfdən Naxçıvana məlum hücum baş verdi. Bu hadisə göstərir ki, İranın liderləri başlarını itiriblər. İran elə bir vəziyyətdədir ki, ölkədə rejim dəyişikliyi ola bilər. Bu, olduqca narahatedici və pis hadisədir".

Son xəbərlər