Alen Simonyan Hikmət Hacıyevlə görüşü və Bakıya səfəri barədə açıqlama verib
03
sen
2026
14:26
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Bakıya səfər edə biləcəyini açıqlayıb.
BAKU.WS Ermənistan mediasına istinadən xəbər verir ki, Simonyan bu barədə sentyabrın 1-də Bişkekdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşündən sonra danışıb.
Onun sözlərinə görə, görüşdə əsas müzakirə mövzusu Azərbaycan-Ermənistan sülh prosesinin dərinləşdirilməsi olub.
Ermənistan rəsmisi tərəflərin həllini gözləyən məsələlərin tənzimlənməsi üçün yeni mexanizmlərin tətbiqi barədə razılığa gəldiyini bildirib. O, Bakıya mümkün səfərinin konkret tarixinin hələ müəyyənləşmədiyini qeyd edib.
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. BAKU.WS icmalı təqdim edir: