Vaşinqton meri 28 mayı ABŞ paytaxtında Azərbaycanın Müstəqillik Günü elan edib
ABŞ-nin paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümü ilə bağlı 2026-ci il mayın 28-ni Vaşinqtonda Azərbaycanın Müstəqillik Günü elan edib və bununla bağlı bəyannamə imzalayıb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bəyannamədə 2026-ci ildə həm də Azərbaycanda müstəqilliyin bərpasından 35 il keçdiyi bildirilir.
"Azərbaycan Demokratik Respublikası uzaqgörən inzibati islahatlar həyata keçirərək etnik mənsubiyyətindən, dinindən, sosial statusundan və ya cinsindən asılı olmayaraq bütün vətəndaşlar üçün tam vətəndaşlıq və siyasi hüquqları təmin etdi. Azərbaycanın Vaşinqtondakı səfirliyi və şəhərin aktiv Azərbaycan icması şəhərimizin mədəni, təhsil və iqtisadi quruluşunun ayrılmaz hissəsidir",- deyə bəyannamədə qeyd olunur.
Oxşar xəbərlər
ABŞ-nin müxtəlif ştat və şəhərləri Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar
ABŞ-nin müxtəlif ştat və şəhərləri, o cümlədən Hyuston, Vaşinqton, Oyl-Siti, Hallandeyl-Biç, Mayami şəhərləri, Merilend ştatı və Nyu-York Ştat Assambleyası 28 M...