ABŞ İranın Naxçıvana endirdiyi zərbələrdən sonra Azərbaycanla həmrəyliyini bəyan edib
ABŞ-nin Azərbaycandakı səfirliyi İranın Naxçıvana PUA ilə zərbələrini pisləyib və Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
"ABŞ İran dronlarının Naxçıvana hücumlarını qətiyyətlə pisləyir, Azərbaycan xalqı ilə tam həmrəyliyini ifadə edir. ABŞ-nin Azərbaycandakı səfirliyi vəziyyətin inkişafını diqqətlə izləyir və xəsarət alanların tezliklə sağalmasını arzulayır", - paylaşımda bildirilib.
Xatırladaq ki, martın 5-də İran ərazisindən buraxılan pilotsuz uçuş aparatlarından biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs yaralanıb. Azərbaycan Prezidenti İlham Əliyev İran tərəfinin hərəkətlərini iyrənc terror aktı adlandırıb. Prezident bəyan edib ki, İran rəsmiləri izahat verməli, Azərbaycan tərəfindən üzr istəməli, bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidirlər.
Oxşar xəbərlər
İranın səfiri "Baku TV"nin bəzi suallarından yayınıb
İran hücuma məruz qalandan sonra ABŞ və İsrailin bölgədəki hərbi bazalarını hədəf alıb və bu hücumları elan edərək həyata keçirib. BAKU.WS "Report"a istinadən x...