ABŞ, Böyük Britaniya və Kiyev 2024-cü ildə Krım körpüsünə zərbə endirmək üçün gizli əməliyyat hazırlayıb
ABŞ, Böyük Britaniya və Kiyev 2024-cü ilin yayında Krım körpüsünə zərbə endirmək üçün gizli şəkildə əməliyyat hazırlayıb.
BAKU.WS Baku.tv-yə istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzeti məlumat yayıb.
Bildirilib ki, Krım körpüsü Krım yarımadasındakı hərbi infrastrukturu məhv etməyi nəzərdə tutan və "Lunar Hail" adlandırılan əməliyyatın əsas hədəflərindən biri olub. Plana əsasən, körpüyə eyni vaxtda ATACMS raketləri və suüstü pilotsuz aparatlarla zərbə endirilməsi nəzərdə tutulurdu.
Hücum hazırlığı zamanı Rusiya körpünün dayaqlarının müdafiəsini gücləndirib. Qəzet yazır ki, bu vəziyyətdə Kiyev hakimiyyəti yalnız raketlərlə hücum etməyə təkid edib. Lakin ABŞ rəsmiləri bu taktikanın səmərəsiz olduğunu bildirərək ya gözləməyi, ya da hücumu tamamilə ləğv etməyi tələb ediblər. Avqusta qədər ABŞ bu məsələdə geri çəkilib və körpüyə bir neçə raket buraxılıb, lakin heç biri hədəfə çatmayıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 2024-cü il avqustun 16-na keçən gecə Hava Hücumundan Müdafiə Qüvvələri Krım körpüsünə edilən hücumu dəf edib. Ukrayna körpüyə 12 ATACMS taktiki raketi ilə hücum edib, lakin onların hamısı məhv edilib.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini təbrik ediblər
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. BAKU.WS xəb...