SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın baş naziri Nikol Paşinyanın lideri olduğu hakim “Mənim addımım” parlament fraksiyasının üzvü Tiqran Ulixanyan deputat mandatından imtina edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Ermənistan parlamentinin sədri Ararat Mirzoyan onun deputat səlahiyyətlərinin dayandırılması haqqında protokolu imzalayıb.

T.Ulixanyan istefasının səbəbini açıqlamayıb.

Qeyd edək ki, bir müddət əvvəl Nikol Paşinyanın partiyasından daha bir neçə deputatın istefa verdiyinə dair xəbər yayılmışdı.

BAKU.WS