SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bizim strateji investorumuz Böyük Britaniyadır”.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Prezident bildirib ki, Böyük Britaniya ilə də Azərbaycanın çox sıx tərəfdaşlıq münasibətləri var: “Əvvəlki dövrdə biz bu münasibətləri, eyni zamanda, Avropa İttifaqı prizmasından təhlil edirdik, dəyərləndirirdik. Amma artıq Böyük Britaniya Avropa İttifaqının üzvü deyil və həm bizim, həm də onların qarşılıqlı marağı gündən-günə artır”.

İlham Əliyevin sözlərinə görə, Böyük Britaniyanın BP şirkəti Azərbaycanın strateji tərəfdaşıdır: “Biz keçən il bu tərəfdaşlığın artıq 25 illiyini qeyd etmişdik və bundan sonra ən azı 25-30 il birlikdə çalışacağıq. Əlbəttə ki, bu, ikitərəfli münasibətlərə də müsbət təsir göstərdi. Ancaq hər iki tərəfin fikri ondan ibarətdir ki, biz qeyri-neft sektorunda daha böyük işlər görməliyik. Bir sözlə, bu əlaqələr də bizim üçün çox önəmlidir”.

BAKU.WS