SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Gürcüstanın paytaxtı Tbilisidəki Mtatsminda parkında yerləşən televiziya qülləsi və Kür çayı üzərindəki Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, 28 May Respublika Günü münasibəti ilə qonşu ölkə paytaxtının ən yüksək nöqtəsində yerləşən teleqüllə və Sülh körpüsü Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıqlandırılıb.

Qeyd edək ki, Respublika Günü ilə əlaqədar olaraq Tbilisinin mərkəzində yerləşən “Sülh körpüsü” də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq.


BAKU.WS
QALEREYA