SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibi vəzifəsinin icrasını dayandırıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, o, XİN-dən məzuniyyətə çıxıb.

T.Gəncəliyevin nazirlikdəki vəzifəsinin icrasını dayandırması 2020-ci ilin fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyinin irəli sürülməsi ilə əlaqədardır.

Qeyd edək ki, T.Gəncəliyev 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürüb. Onun namizədliyi qeydə alınıb.

BAKU.WS