SİZİN REKLAM BURADA!
055 213 76 73


Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinin icrasını dayandırıb.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, H.Hüseynovanın sədr vəzifəsinin icrasını dayandırması onun Yeni Azərbaycan Partiyası tərəfindən (YAP) 2020-ci ilin fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyinin irəli sürülməsi ilə əlaqədardır:

"Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinin icrası sədr müavinləri - Sədaqət Qəhrəmanova və Aynur Sofiyevaya tapşırılıb. Hələ ki, Hicran Hüseynova imzatoplama mərhələsindədir".

Qeyd edək ki, H.Hüseynovanın namizədliyi 41 saylı Sumqayıt birinci seçki dairəsindən irəli sürülüb.

BAKU.WS