SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiya Kommunist Partiyasından olan millət vəkilləri Vladimir Putindən 95 il əvvəl Sovet Rusiyası ilə Türkiyə arasında imzalanan Moskva müqaviləsinin ləğv edilməsini istəyib.
 
BAKU.WS-in məlumatına görə, Dumadakı Kommunist Partiyasının nümayəndələri Valeri Raskin və Serqey Obuhov RF prezidentinə ünvanladıqları məktubda 1921-ci ildə bağlanan sülh müqaviləsinin ləğvini tələb edib. Rusiyada erməni lobbisi də bir müddətdir bu istiqamətdə iş aparır.
  
"Türkiyənin artan təcavüzkar rəftarı qarşısında mövcud bütün ikitərəfli razılaşmaları hüquqi baxımdan yenidən nəzərdən keçirərək bizim və müttəfiqlərimizin mənfəətinə uyğun olmayan müqavilələrdən çıxmalıyıq. Ankara rəhbərliyi seçdiyi yolda irəliləməyə davam edəcəyi təqdirdə başına nələr gələcəyini çox yaxşı anlamalıdır. Rusiya ancaq bu şəkildə davranarsa yeni təxribatların önünə keçə bilər. Sovet Rusiyası ilə Türkiyə Respublikası arasında 16 Mart 1921-ci il tarixində Moskvada imzalanan dostluq və əməkdaşlıq müqaviləsinin nəzərdən keçirilməsi daha əvvəl də gündəmə gəlmişdi. İkinci Dünya Müharibəsi sonunda bu mövzunu Stalin gündəmə gətirmişdi. Ancaq Stalin öləndə Sovet rəhbərliyi müqaviləyə yenidən baxılması məsələsini gündəmdən çıxarmışdı. İndi biz prezident Putinə və xarici işlər naziri Sergey Lavrova bu müraciətlə mövzunu təkrar gündəmə gətiririk. Bununla yanaşı, 1921-ci ildə əldə olunan razılaşma üç Qafqaz dövlətindən ikisi - Ermənistan və Gürcüstan tərəfindən onsuz da etibarlı qəbul edilmir. Burada müttəfiqlərimizin də mənfəəti var. Çünki Moskva müqaviləsinin davamı sayılan Qars sülh müqaviləsi Rusiya imperiyasının tərkib hissəsi olan Qars bölgəsi, Cənubi Batum bölgəsi və Ağrı bölgəsi Türkiyənin əlinə keçmişdi. Ermənistan Qars anlaşmasını etibarlı saymır. Bənzər şəkildə Gürcüstan parlamenti da Qars anlaşmasını 2005-ci ildə lağv etmişti", - deyə Rusiya prezidentinə ünvanlanan məktubda bildirilir.

Digər tərəfdən Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov Ankaranın Moskva ilə əlaqələri tənzimləmək üçün lazımi addımları atacağını bildirib. Moskvada Türkiyə haqqında açıqlama verən Meşkov Ankaranı ittiham edib: "Türkiyə tərəfi ikitərəfli əlaqələrin normallaşması üçün bizim istədiyimiz ədalətli şərtləri çox yaxşı bilir. Bundan bir neçə həftə əvvəl söylədiklərimiz hazırda da öz etibarlılığını qoruyur", - deyə Meşkov əlavə edib.
 
Müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə onun qarantı kimi çıxış edirdi. Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) imzalandı.
 
BAKU.WS