SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezidenti İlham Əliyev Yevlax və Xaçmaz yeni icra başçılarını qəbul edərkən işdən çıxardığı Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanabayev haqqında danışıb.

BAKU.WS xəbər verir ki, Prezident Ş.Xanbabayevin uzun illərdir Xaçmazda çalışdığını qeyd edərək onun təcrübəli insan olduğunu vurğulayıb.
Həmçinin nazir müavini işləyərkən işdən çıxarılmasının qarşısını almasından danışıb:

“Şəmsəddin Xanbabayev Naxçıvanda ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Baş Nazir vəzifəsində işləyib. Ondan sonra Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində işləyib. Əvvəlki nazir onu işdən çıxarmaq istəmişdi, mən qoymadım. Çünki Şəmsəddin Xanbabayev həm təcrübəli insandır, eyni zamanda, ən ağır dövrdə Heydər Əliyevə öz dəstəyini göstərmişdi və Heydər Əliyev onu Naxçıvanın Baş Naziri vəzifəsinə təyin etmişdi”.

BAKU.WS