SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabah saat 16:00-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

BAKU.WS MSK-ya istinadən xəbər verir ki, iclasda Milli Məclisin Rafael Cəbrayılovun deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı müraciətinə baxılacaq.

Qeyd edək ki, Milli Məclis Rafael Cəbrayılovun deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı MSK-ya müraciət edib.

Xatırladaq ki, deputat R. Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb. O, Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa Xatirə Nəcəfova adlı daha bir qadından da borc alıb.
BAKU.WS