SİZİN REKLAM BURADA!
055 213 76 73


Mərkəzi Seçki Komissiyası deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra bu məsələ müzakirə olunacaq.

BAKU.WS
xəbər verir ki, bunu Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

Z.Qaralov qeyd edib ki, hazırda iddia ərizəsinə mülki qaydada baxılır:

"Mərkəzi Seçki Komissiyası deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra onun kimlərəsə borclu olması məsələsi müzakirə olunacaq.

Bildiyiniz kimi, onun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər.

Əgər məhkəmə baxışında onun tərəfindən dələduzluq və ya cinayət faktı müəyyən ediləcəksə, Rəfael Cəbrayılovun barəsində xüsusi qərardad çıxarıb, prokurorluğa göndəriləcək.

Bundan sonra biz həmin araşdırmaları aparacağıq", - deyə Zakir Qaralov bildirib.

Qeyd edək ki, ötən gün Milli Məclisin keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, deputat Rafael Cəbrayılov mandatdan imtina etməsi barədə müraciət edib.

Ə.Hüseynli qeyd edib ki, R.Cəbrayılovun müraciəti barədə Mərkəzi Seçki Komissiyası qərar qəbul edəcək.
BAKU.WS