SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən Ramil Səfərovu “biabırçı cinayətkar” adlandıran Xədicə İsmayıla Norveçdə yaşayan yazıçı Günel Mövlud da qoşulub.

BAKU.WS xəbər verir ki, Günel daha da irəli gedərək, həm Ramili, həm milli qəhrəman Mübariz İbrahimovu təhqir edib.

Mübarizin qəhrəmanlığını humanizm pərdəsi altında kölgəyə salmağa çalışan Günel, öz ifadələrini suallar kimi təqdim edib. O, bununla da özünü “sudan quru” çıxarmağa çalışıb.

G.Mövludun statusunu təqdim edirik:

“Humanizmin yarımçığı olmur. Humanizmin millisi olmur. İnsan haqları situasiyaya görə dəyişmir, millətə görə dəyişmir. Yatmış bir ermənini öldürən cinayətkardısa, bəs yatmış 30 ermənini öldürən kimdir? Niyə bir ermənini öldürmək cinayət, 30 erməni öldürmək qəhrəmanlıq olsun? Düşmən olduğu təqdirdə insan öldürməyi normal hesab edən, ya cinayət hesab edən, niyə ikisini də qəhraman kimi qəbul etmir, ya ikisini də cinayətkar hesab etmir?”

Deputat Tahir Rzayev BAKU.WS-ə açıqlamasında onları sərsəm adlandırıb:

“Ağıllı adamlar elə sözlər danışmaz. Əgər hansısa humanist bir insanın ölümündən söhbət gedərdisə, onda Ramil Səfərova cinayətkar demək olardı. Amma Ramil Azərbaycanın qüruruna toxunan, bayrağımızı təhqir edən şəxsə qarşı bu addımı atıb. Mübariz İbrahimov isə həm onları təhqir edənlərin və bizim təhlükəsizliyimizi qorumaq üçün canından keçib.

Onlar ermənilərin tarixən azərbaycanlıları vəhşicəsinə qırdığını, xalqımızın başına müsibətlər açdığını bilmirlər? Xocalı, Qarabağ hadisələrində südəmər körpələrin, qadınların, yaşlıların hansı vəhşiliklərə məruz qaldıqlarını görmürlər? Ramilin öz qohumları, yaxınları orada qətlə yetirilib. Humanizm deyirlərsə, bunlardan niyə danışmırlar? Görünür ki, onlar humanizm anlayışını özlərinə sərf edən məqsədlər üçün istifadə edirlər. Elə iyrənc əməllərə əl atırlar ki, insan vahimələnir.

Onlar anti-azərbaycan şəbəkələri və ermənilərlə yaxın münasibətdədirlər. Maliyyə ayırırlar və belə danışdırırlar”.

Millət vəkili sözlərinə əlavə edib ki, insan öz vətəninin, xalqının taleyini düşünməlidir:
“Müxalifətdə olmaq olar, amma vətənin qəhrəmanlarına qarşı iftiralar atanlar düşməndən də betərdir. Satqının vətəni, torpağı, yurdu olmur.
Avroliqanın finalı ərəfəsində belə həyasız açıqlamaların məqsədi fikirləri başqa istiqamətə yönəltməkdir. Vətən düşmənləri Azərbaycanın imicinə zərbə vurmaq üçün belə çıxışlar edirlər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da sosial şəbəkədə məsələyə münasibət bildirib:
“Ramil Səfərovun müzakirəsinin yeridir? Kimin dəyirmanına su tökürük? Ermənilərə elə bu lazımdır ki, biz Ramil Səfərovun keçmiş əməlini müzakirə edək. Ramil Səfərov olaya adekvat reaksiya verərək bayrağımızı və dövlətimizi aşağıladığına görə erməni zabiti cəzalandırıb və etdiyi əmələ görə uzun müddət həbsdə yatıb. O, öz həyatını yaşayır və vətənə xidmətini davam etdirir. Sakit buraxın zabitimizi”.


Fərid Ədalət
BAKU.WS
QALEREYA