055 213 76 73
Günlərdir, özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimov haqqında səsləndirdiyi fikirlər gündəmi zəbt edib.
BAKU.WS xəbər verir ki, o, paylaşdığı videoda Mübariz İbrahimovu "qatil" və "cinayətkar" adlandırmaqdan belə çəkinməyib.
Mövzu ilə bağlı aprel döyüşləri zamanı qəhrəmanlıq göstərib şəhid olan manqa komandiri Əbdülməcid Axundovun anası Ceyran Axundova etirazını bildirib.
O, psixoloqun məhkəməyə verməyin lazımlığını bildirib.
“Femida.az” yazır ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir edən psixoloq Nərmin Şahmarzadə məhkəməyə verilib.
Fövqaladə Hallar Nazirliyinin mayoru, 9 qat dünya,3 qat avropa çempionu,Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.
Məsələ ilə bağlı Milli Qəhrəmanın atası Ağakərim İbrahimov da münasibət bildirib.
O, qeyd edib ki, belə bir məsələyə baş qoşmaq əvəzinə, övladlara sevgi, məhəbbət öyrədilməsinin tərəfdarıdır. Həmin kadrları təqdim edirik: