SİZİN REKLAM BURADA!
055 213 76 73



Məlumat verildiyi kimi, “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamenti Azərbaycana müharibə elan edilməsi haqqında qərar qəbul edib.

BAKU.WS
-in məlumatına görə, "virtualaz.org" erməni KİV-lərinə istinadən xəbər verir ki, bir neçə saat öncə Azərbaycana müharibə elan edilməsi haqqında qərar Ermənistan parlamentinin rəsmi saytında dərc olunub.

Bundan əlavə, həmin saytda yeni məlumat da əksini tapıb. Belə ki, burada Ermənistan parlamentinin sədrinin qərar qəbul olunduqdan sonra gördüyü tədbirlərdən danışılır.

“Qərar qəbul edildikdən sonra Ermənistan parlamentinin sədri, daimi komitələrin sədrləri və dostluq qruplarının rəhbərləri beynəlxalq tərəfdaşları Ermənistanda yaranmış vəziyyətlə bağlı məlumatlandırıblar və erməni tərəfinin mövqeyi barədə ətraflı informasiya veriblər”, - Ermənistan parlamentinin saytındakı yeni məlumatda deyilir.



Ötən gün sentyabrın 12-də Ermənistan parlamenti özünün fövqəladə yığıncağında Azərbaycana rəsmən müharibə elan edilməsi barədə qərar verib.  bu qərar sentyabrın 11-də başlayan “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində çıxarılıb.

“Ermənistan hökumətinin sentyabrın 12-də “Müharibə elan edilməsinin dəstəklənməsi barədə” təklifini əsas götürərək, Ermənistan Konstitusiyasının 118-ci maddəsini rəhbər tutaraq və “Ermənistan Milli Məclisinin Nizamnaməsi”nin 105-ci bəndinə əsaslanaraq Ermənistan Milli Məclisi Azərbaycan Respublikasına müharibə elan etməyi qərara alır”-qərarda belə deyilir.


“Şant-2018” hərbi təlimləri çərçivəsində Ermənistanda hərbi vəziyyət elan edilib, bildirilir ki, bu ümumdövlət təlimləri “planlı xarakter daşıyır” və dövlətin müdafiəyə hazırlığını, səfərbərlik orqanlarının və hərbi idarəetmə strukturlarınn təcavüz zamanı səfərbərlik hazırlığını yoxlamaq, bütün dövlət strukturlarının yüksək hazırlıq vəziyyətinə gətirilməsi imkanlarını yoxlamaq üçündür.

“Şant” təlimləri Ermənistanda bundan əvvəl də keçirilirdi, amma bu təlimlər çərçivəsində parlamentin Azərbaycana müharibə elan etməsi barədə qərar çıxarması İrəvandakı indiki hakimiyyətin növbəti qızışdırıcı addımı sayılmalıdır.

BAKU.WS