Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

BAKU.WS-in məlumatına görə, bunu XİN-in mətbuat katibi Hikmət Hacıyev APA-ya açıqlamasında bildirib.

Görüş BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində baş tutacaq.

H. Hacıyevin sözlərinə görə, sentyabrın 23-də isə həmsədrlərin iştirakı ilə E. Məmmədyarovun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü nəzərə tutulub.

BAKU.WS