SİZİN REKLAM BURADA!
055 213 76 73



Turan agentliyi sentyabrın 1-dən fəaliyyətini dayandıracaq.

BAKU.WS xəbər verir ki, bu barədə agentliyin yaydığı bəyanatda bildirilir.

Qeyd edilir ki, agentliyin direktoru Mehman Əliyevin saxlanması və ona qarşı vergidən yayınma ittihamı üzrə cinayət işinin açılması ilə əlaqədar agentliyin bank hesabları dondurulub.

"Belə şəraitdə agentliyin normal fəaliyyət göstərməsi çox çətindir.

Yaranmış vəziyyəti nəzərə alaraq, Turan-ın kollektivi sentyabrın 1-dən öz fəaliyyətini qeyri-müəyyən vaxta dayandıracaq".

Qeyd edək ki, Mehman Əliyev ötən gün saxlanılıb.

BAKU.WS