SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ATV kanalında yayımlanan "ATV Səhər” informasiya proqramı bu mövsümlük fəaliyyətini dayandırır.

BAKU.WS xəbər verir ki, bu barədə "ATV Səhər” verilişinin müəllifi və aparıcısı Turan İbrahimov məlumat verib.

Turan İbrahimov qeyd edib ki, mövsümün bitməsinə onsuz da bir ay qalmışdı, rəhbərlik qərar verdi ki, elə may ayından etibarən yayımı dayandıraq.

"Ümumiyyətlə ATV kanalındakı fəaliyyətinizi davam etdirəcəksinizmi?" sualına isə aparıcı belə cavab verib:

"Bəli, ATV-də fəaliyyətimi davam etdirirəm. Yalnız "ATV Səhər” yayımını dayandırır. "ATV Səhər”in yaradıcı heyəti də iş başındadır və kanalda öz fəaliyyətlərini davam etdirəcəklər."

Turan İbrahimov həmçinin əlavə edib:

"Bilirəm ki, bu qərar müxtəlif söz-söhbətlərə, şayiələrə səbəb olacaq. Təbii ki, insanların fantaziyalarına sədd qoya bilmərəm. Hər kəs istədiyini düşünməkdə azaddır. Amma təklif edirəm ki, yalnız bu açıqlamamı nəzərə alsınlar və özlərini yormasınlar..." (Enter.news)
 
BAKU.WS