310 qram çəkili uşaq doğuldu - Yaşama şansı azdır - VİDEO
28
dek
2022
11:55
Türkiyədə 310 qram çəkisi olan körpə dünyaya gəlib.
BAKU.WS türk mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı qadın hamiləliyinin 23-24-cü həftəsində doğuş həyata keçirməli olub.
Onun övladı bətnindən qeysəriyyə yolu ilə alınıb. Uşaq 310 qram çəki ilə dünyaya gəlib. O, çəkisi az olduğundan dərhal küvezə yerləşdirilib.
Körpə Türkiyədə və dünyada az çəki ilə doğulan nadir uşaqlardan biridir. Həkimlər körpənin həyatını itirmə riskinin böyük olduğunu, buna baxmayaraq ən effektli müalicə üsullarından istifadə edildiyini diqqətə çatdırıblar.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...