VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın "Puşkin” medalı ilə təltif edilib.
 
BAKU.WS-in məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Puşkin” medalı ilə təltif edilməsi haqqında Fərman imzalayıb.

Rusiya Federasiyasının "Puşkin” medalı mədəniyyət və incəsənət, maarifçilik, humanitar elmlər və ədəbiyyat sahələrində xidmətlərə, mədəni irsin öyrənilməsi və qorunub saxlanmasına, xalqların və millətlərin mədəniyyətlərinin yaxınlaşmasına və qarşılıqlı zənginləşməsinə töhfəyə görə verilir.
 
BAKU.WS