SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Azərbaycan və Ermənistan prezidentlərinin görüşü üçün uyğun şəraitin yaradılması üzrə müəyyən işlər görülür".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə bu gün jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland bildirib.

"Bilirsiniz ki, Moskvada xarici işlər nazirləri ayrıca görüşlər keçiriblər. Hesab edirik ki, yaxın gələcəkdə - bir ay sonra yox, daha tez müddətdə XİN başçıları prezidentlərin görüşünü təşkil etmək üşün Moskvada görüşəcəklər", - R.Hoqland vurğulayıb.

BAKU.WS