SİZİN REKLAM BURADA!
055 213 76 73


Azad edilmiş ərazilərə növbədənkənar Prezident seçkilərinə qədər köçürülmə olsa, orada səs verə biləcəklər.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qanunvericiliyə əsasən, seçici 6 ay ərzində yaşadığı yer üzrə qeydiyyata alınır: “Bu gün azad olunmuş ərazilərdə 23 mindən çox seçici var. Yeni seçicilər gedərsə, yeni köç olarsa, 6 ay tamamlanmasa da biz onları qeydiyyatdan çıxma vəsiqəsi ilə təmin edəcəyik ki, orada səs verə biləcək”.

BAKU.WS