SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu il dekabrın 1-nə Azərbaycanda əmək müqavilələrinin sayı 1 milyon 805 mini keçib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, 5 ilə yaxın müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

"5 ilə yaxın müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsində əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 403,4 min vahid artıb. O cümlədən, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 355,1 min artaraq 895 minə çatıb", - deyə məlumatda qeyd olunub.

BAKU.WS