SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər verilib.

"Report"un əldə etdiyi məlumata görə, artıq bir müddətdir ki, komitə sədrləri "Mercedes E 300" markalı avtomobillərdən istifadə edirlər.

Hazırda parlamentin 15 komitəsi var.

Qeyd edək ki, Milli Məclisin noyabrın 15-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev bildirib ki, qanunverici orqanın builki xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və avtopark yenilənib.

BAKU.WS
QALEREYA