SİZİN REKLAM BURADA!
055 213 76 73


Qərbin riyakarlığı dəyişmir və artıq şablona çevrilib. Qərbin riyakarlıqları çox olub. Amma bunu ört-basdır etmək üçün təbliğat aparan xüsusi qruplar formalaşdırıb. Artıq bu qrupların da “göz yaşlarına” inanan yoxdur. Niyə? Çünki onlar ədalətsizliyi, nahaqqı müdafiə edirlər.

Azərbaycan Ermənistanı Qarabağ müharibəsində məğlub etdikdən sonra Qərbin riyakarlıqları daha aydın göründü. Bunu dəstəkləyənlərin isə Azərbaycanın qələbəsinə kölgə salmaq üçün bəhanələr gətirirdilər. Azərbaycan isə öz bildiyi yolla getdi və ərazilərində suverenliyini bərpa etdi.

Qərb bundan sonra daha da azğınlaşdı. Görün, vəziyyət nə yerdədir ki, artıq riyakarlıq aşkar şəkildə özünü büruzə verir.

ABŞ, Fransa, Kanada, Almaniya kimi Qərb dövlətlərinin siması hər şeyi deyir. Artıq şərhə ehtiyac yoxdur.

Bunlar o dövlətlərdir ki, kollektiv maraqlardan çıxış edərək Yaxın Şərqi qarışdırıblar. Regionu qan gölünə çeviriblər. Proses indi də davam edir. Öz ayıblarına kor olmurlar. Ola da bilməzlər, çünki həyasızlıq onların siyasətinin qayəsidir. Azərbaycana münasibətdə bunu göstərirlər. Özü də utanmadan.

Olsun, heç nə və heç kim Azərbaycanı haqq yolundan döndərə bilməz. Ona görə də, qışqırmaq, bağırmaq elə onların özünə qalacaq.

Ən biabırçı mənzərə isə budur ki, Fransada Paris Sülh Forumu keçirilir. Necə deyərlər, Fransa özündə olmayanı təbliğ edir. Qısası deyir ki, “sülh” o istədiyi kimi olmalıdır.


Yəni qarışıqlıq olsun. Başqa gülməli məqam isə Ermənistanın baş naziri Nikol Paşinyanın bu forumda iştirakıdır. Sanki Ermənistan işğalçı olmayıb, minlərlə azərbaycanlını qətlə yetirməyib. Ermənistan indi də işğalçılıq siyasətindən əl çəkdiyini bildirməyib. Bunun nəyi sülh oldu? Hər şey bir kənara, foruma Fransanın ev sahibliyi etməsinin özü belə gülüncdür.

Görürsünüz ki, Qərbin riyakarlıqlarının ucu-bucağı yoxdur. Yaxın Şərqdə də indi guya sülh axtarırlar. Adama deyərlər, qarışıqlıq niyə yaradıb sonra “sülh” axtarırsan? Deməli onların “sülhü” də vicdanlı deyil.

Eyni şeyi Cənubi Qafqazda da etmək istəyirlər. Ermənistanı isə özlərinin piyadasına çeviriblər. Ancaq əlləri hər yerdən üzülür. Çünki marionetkaları olan Ermənistan ard-arda Azərbaycanın qələbələri altında əzilir. Qərb buna cavab olaraq təxribat planlarını hazırlayır və onu icra etməyə çalışır. Bu planın əsasında o dayanır ki, Cənubi Qafqaz qarışsın, o, Yaxın Şərqin vəziyyətinə düşsün.  

Amma Azərbaycan onların məkrli planının qarşısını alır. Böyük ustalıq və məharətlə. Qərb heç bir zaman Azərbaycanın müstəqil kursuna təsir edə bilməyəcək.

Qərb öz riyakarlığının içərisində boğulacaq. Necə deyərlər, sirkə nə qədər tünd olsa, öz qabını çatladar.

(oxu.az)

BAKU.WS