SİZİN REKLAM BURADA!
055 213 76 73


Meksika səfirliyi Bakıda bu ölkənin milli bayramı - Ölülər Gününə həsr olunmuş tədbir təşkil edib.

Meksikanın müvəqqəti işlər vəkili Aristeo Qonzales Qerrero tədbirdə çıxışı zamanı bu bayramın Meksika mədəniyyətindəki tarixindən danışıb.

Diplomat qeyd edib ki, Ölülər Günündə meksikalılar vəfat etmiş qohumlarının ruhları ilə ünsiyyət qurmaq üçün qəbiristanlıqları ziyarət edir, məzarların üzərinə fotoşəkillər, mərhumun sevimli içkiləri və yeməkləri düzülür.

Bundan başqa, Ölülər Günü münasibətilə səfirlikdə bu il vəfat edən məşhur meksikalı aktyor Çabelonun (Chabelo, Xavier López Rodriguez) xatirəsinə altar qurulub.

“Çabelonu bütün meksikalılar sevir. O, çoxlu nəsillər yetişib. O, uşaq verilişlərinə aparıcılıq edirdi. Çabelo onlarla film, serial və telenovela ərsəyə gətirib. Amma ilk növbədə onu hamımız Çabelo kimi xatırlayırıq. Meksikada ona həsr olunmuş çoxlu altarlar var”, - meksikalı diplomat vurğulayıb.

BAKU.WS
QALEREYA