SİZİN REKLAM BURADA!
055 213 76 73


Rumıniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, sülh planını dəstəklədiyini bir daha bəyan edib.

BAKU.WS xəbər verir ki, bunu Rumıniya Parlamenti Senatının sədri Nikolae Çuka Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

N.Çuka ərazilərin minalanmasının dəhşətli nəticələrə gətirib çıxardığını deyib, danışıqlar nəticəsində tezliklə sülh sazişinin imzalanacağına ümidvar olduğunu bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova Vətən müharibəsindən sonra regionda yeni yaranmış vəziyyət, Azərbaycanın antiterror tədbirləri nəticəsində 1 gün ərzində ərazi bütövlüyünü bərpa etməsi barədə məlumat verib.

Spiker bildirib ki, işğal qurbanı olmasına baxmayaraq, sülhdən danışmağa başlayan və beynəlxalq hüququn 5 prinsipinə, o cümlədən bir-birinin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmətə əsaslanan sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edən Azərbaycandır.

Sahibə Qafarova, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü davamlı dəstəklədiyinə görə Rumıniya tərəfinə təşəkkür edib.

Milli Məclisin sədri, 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbədən sonra ötən üç il ərzində Ermənistan tərəfindən törədilən siyasi və hərbi təxribatlar, ərazilərimizin minalanması, mina partlayışları nəticəsində çoxsaylı hərbçi və mülki şəxslərin həlak olması, Azərbaycan ərazisində separatizmin dəstəklənməsi və digər faktları diqqətə çatdırıb. O, deyib ki, işğal dövrü Ermənistanın tarixində qara ləkədir. Spiker, həmçinin, Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu xatırladıb.

Görüşdə, həmçinin Azərbaycanın lokal antiterror tədbirləri, onun nəticələri, Qarabağın erməni əsilli sakinlərinin reinteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər barədə də danışılıb.

BAKU.WS
QALEREYA