SİZİN REKLAM BURADA!
055 213 76 73


Oktyabrın 10-da Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının iki hərbi gəmisi qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəlib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb.

Səfər çərçivəsində, gəmi heyətlərinin mədəni və tarixi abidələrlə tanışlıq üçün Bakı şəhərində gəzintisi, o cümlədən idman yarışı üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılıb.

***12:14

Rusiyanın "Tatarıstan" raket gəmisi Bakı limanına gəlib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Beynəlxalq Dəniz Vağzalında Xəzər donanmasının gəmisinin təntənəli qarşılanma mərasimi olub.

"Tatarıstan" raket gəmisinin Rusiya donanması gəmilərinin Xəzər dənizinin mərkəzi və cənub hissəsində illik reydi çərçivəsində Bakı limanına gəldiyi bildirilib.

BAKU.WS
QALEREYA