2025-ci il sülh prosesində dönüş nöqtəsi oldu
2025-ci il ərzində sülh gündəliyi üzrə əhəmiyyətli nəticələr əldə edilib.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına həsr olunmuş hesabat çıxışı zamanı bildirib.
Nazir vurğulayıb ki, Prezidentin rəhbərliyi ilə 2025-ci ildə həyata keçirilən xarici siyasət fəaliyyəti olduqca fəal və çoxşaxəli olub. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirib, diplomatik nümayəndəlik şəbəkəsini genişləndirib.
Ceyhun Bayramov qeyd edib ki, sülh prosesində əldə olunan irəliləyişlərlə yanaşı, ölkənin beynəlxalq sülh və sabitliyə verdiyi töhfələr, iqtisadi əməkdaşlığın təşviqi və vasitəçilik təşəbbüsləri Azərbaycanın qlobal nüfuzunun artmasına mühüm təsir göstərib.
Oxşar xəbərlər
Bir vəsiqə ilə türk dünyasına səyahət etmək: Azərbaycanlı turistləri hansı imkanlar gözləyir?
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər etməsi məsələsi artıq bir müddətdir müzakirə olunur. Türkiyə t...