SİZİN REKLAM BURADA!
055 213 76 73


Sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvanda görüşüblər.

Türkiyə prezidentinin Naxçıvan Ali Məclisinin önündə rəsmi qarşılanma mərasimi olub.

***15.03
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan şəhərində rəsmi qarşılanma mərasimi keçirilib.
 
BAKU.WS xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı salamlayıb.
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan əsgərlərini salamlayıb.
 
Türkiyə və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
 
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
 
Azərbaycan nümayəndə heyətinin üzvləri Türkiyə Prezidentinə, Türkiyə nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub.
 
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.


***14:31

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana gəlib. 

BAKU.WS xəbər verir ki, Türkiyə Prezidentinin təyyarəsi artıq Naxçıvandakı hava limanına eniş edib. 

Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

Məlumata görə, dövlət başçıları İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində iştirak edəcək və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışını edəcəklər.

Bundan başqa, Azərbaycan və Türkiyə liderləri Qarabağda lokal antiterror tədbirlərindən sonra erməni separatçılarının tərk-silah prosesini və Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə edəcəklər.

Dövlət başçılarının, həmçinin digər regional və ikitərəfli məsələlər barədə fikir mübadiləsi aparacaqları gözlənilir.

BAKU.WS
VİDEO

VİDEO

QALEREYA