SİZİN REKLAM BURADA!
055 213 76 73


Naxçıvan şəhəri, İlham Əliyev adına Olimpiya İdman Kompleksinin direktoru işdən azad olunub.

"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazirin vəzifələrini icra edən Məcid Seyidov əmr imzalayıb.

Əmrə əsasən, kompleksin direktoru Faiq Hacıyev öz ərizəsi əsasında işdən azad olunub.

Digər əmrlə Olimpiya İdman Kompleksinin direktoru vəzifəsi müvəqqəti olaraq müavin Ramin Talıbova həvalə edilib.

BAKU.WS