SİZİN REKLAM BURADA!
055 213 76 73


Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis məktəbinə qəbul edilən kursantların və ilkin hazırlıq kursunu başa vuran dinləyicilərin andiçmə mərasimi keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra dinləyicilər Vətənin, xalqın, dövlətin yolunda canlarından belə keçməyə hazır olduqlarına söz verərək polis andı içiblər.

BAKU.WS