SİZİN REKLAM BURADA!
055 213 76 73


“FETÖ-nün dövlət üçün təhdid olduğunu illərdir söyləyirik. Bununla bağlı xatirəmizdə 15 iyul çevriliş cəhdi hadisəsi var”.

Bunu “Report”a açıqlamasında "Qızılbaş" Gənclərin Maarifləndirmə İctimai Birliyinin sədri Aqil Ələsgər deyib.

O bildirib ki, FETÖ terrordan istifadə agent şəbəkəsidir: “Ona görə də onlarla mübarizə daha çətindir. Hesab edirəm ki, Azərbaycan bu məsələdə Türkiyə ilə eyni mövqeyi paylaşmalıdır. Azərbaycan parlamenti FETÖ-nü terror təşkilatı kimi tanımalıdır. Vətəndaş cəmiyyəti və dövlət qurumları bu təhlükəyə qarşı birgə hərəkət etməlidir”.

Ekspertin sözlərinə görə, son həbslər FETÖ-nün dövlət qurumlarını gözdən salmağa çalışdığını göstərdi: “FETÖ-nün Azərbaycanda ciddi dayaqları var.

Ölkəmizdə bu təşkilatın agentləri mövcuddur. Həmçinin FETÖ beynəlxalq dəstəyə də arxalanır. Ümumiyyətlə, erməniləri və FETÖ-nü dəstəkləyənlər eyni qüvvələrdir.

Son həbslərdən sonra ABŞ, Fransa, Britaniya səfirləri daxili işlərimizə qarışaraq müxtəlif bəyanatlar verdilər. Onlara qarşı mübarizədə Azərbaycan qətiyyətli davranmalıdır”.

A.Ələsgər söyləyib ki, heç bir dövlət rəsmi Bakı ilə diktə dilində danışa bilməz: “Azərbaycan zəfər qazanmış dövlətdir. Hər kəs bu zəfərə hörmət etməlidir.

Terror təşkilatlarına, o cümlədən FETÖ-yə qarşı mübarizəmiz onları qıcıqlandırıb. Müxtəlif həbslər, o cümlədən Qubad İbadoğlunun həbsi ilə bağlı reaksiyalar birbaşa istintaqın gedişatına müdaxilədir. Madam ki, həbslərin doğru qərar olmadığını düşünürlər, onda istintaqın nəticəsini gözləməlidirlər”.

BAKU.WS