SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan nadir yerlərdən biridir ki, burada bütün dillərdə danışmaq olar. Prezident İlham Əliyev ötən gün Qoşulmama Hərəkatı barədə danışdı. Mən də elə bu Forumu “Qoşulmama Mediası” adlandıra bilərəm.

AZƏRTAC xəbər verir ki, bunu Şuşa şəhərində keçirilən Qlobal Media Forumunun “Mediada investisiya və istehlak tendensiyaları” adlı sessiyasında çıxışı zamanı Strateji Araşdırmalar Forumunun təsisçisi və prezidenti, Serbiya parlamentinin sabiq deputatı Neven Cvetiçanin söyləyib.

Rəqəmsal erada informasiyanın bir silah olduğunu vurğulayan sabiq deputat deyib: “Bəzən mən mediadan, bəzən isə media məndən istifadə edir. Beynəlxalq münasibətlərin gerçəkliyi, realizm mediada vacib sayılan amillərdəndir”.

BAKU.WS